• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 07.04.2017 10:03

Çinli daşqınlardan xilas olmaq üçün amfibiya maşın düzəltdi

Çinli bir nəfər daşqınlardan xilas olmaq üçün amfibiya maşın düzəldib. Jionq Jian Çinin mərkəzində, tez-tez daşqınların baş verdiyi çayın yaxınlığında yaşayır. Avtomobil təmiri ilə məşğul olan 20 yaşlı Jian bir neçə dəfə maşın-qayıq düzəltməyə cəhd göstərib. Onun sözlərinə görə, sınaqlar zamanı maşınların mühərrikini su basıb və sonda o, motoru amfibiyanın arxa hissəsinə keçirməyə qərar verib. Aqreqat demək olar ki, arxa oturacaqların və baqajın yerini tutub. Suda üzən maşını hazırlamaq üçün Jian minivendən istifadə edib. Kater maşın özü ilə 4 nəfər daşıya və maksimum 32 km/saat sürət yığa bilir. Sənətkar gələcəkdə maşının səs izolyasiyasını təkmilləşdirməyi və sürəti bir qədər artırmağı planlaşdırır.

 

Cavanşir Məmmədzadə