KepezTV Player
Aprelin 7-də Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turnirinə start veriləcək. 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. Komandamız qonşu ölkəyə 14 idmançı ilə yollanıb. Yığmanın heyətində Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə də yer alıb. O, 66 kq çəki dərəcəsində mübarizə aparacaq. Əvvəllər yalnız gənclər arasında keçirilən yarışlara qatılan Babazadə artıq böyüklərdən ibarət milliyə cəlb olunur. Ötən ay karyerasında ilk dəfə Bakıda düzənlənən “Böyük Dəbilqə” seriyalı turnirdə qüvvəsini sınayan cüdoçu nüfuzlu yarışı medalsız başa vursa da, bu, onun təcrübəsini artırmaq baxımından önəm daşıyıb.
Azad Rəfi
- Baxış: 377