• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 06.04.2017 10:29

Citroen Jumper klassik furqona çevrildi

Fabriosio Kaselani və Devid Obendorfer, Citroen Type H modelinin 70 illiyi münasibətilə Citroen Jumperin 1947-ci ildəki stili ilə yeni kuzov elementləri dəsti hazırlayıblar. Yeniliyin istehsalını FC Automobili şirkəti həyata keçirəcək. Jumperin praktiki olaraq bütün kuzov elementləri dəyişdirilib. Müasir furqonun ön və arxa kuzov hissələri, qanadları, qapıları, optika və dam panelləri retro-kar stilində düzəldilib. Fabriosio Kaselani və Devid Obendorfer Citroen Jumper üçün bir neçə kuzov variantı hazırlayıb. Onların sayəsində furqon klassik sərnişin avtobusuna ya da kemperə, fudtraka və ya yük maşınına bənzədilib. Yeni stilli Type H maşınını 110-dan 160 at gücünədək olan motorlarla sifariş vermək olar. Model maksimum 1075 kq-dan 1945 kiloqramadək yük qaldıra bilir. Type H kuzovlu Jumperdən cəmi 70 ədəd buraxılacaq. Qiymətlər barədə isə hələlik heç nə deyilmir.

Cavanşir Məmmədzadə