• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 06.04.2017 10:31

Yeni Renault Megane RS ilk dəfə görüntüləndi

Renault şirkəti özünün idman modifikasiyalı modelləri haqqında videoçarx təqdim edib. Görüntülərin sonunda yeni nəsil Megane RS nümayiş olunub. Maşının premyerası sentyabr ayında Frankfurtda baş tutmalıdır. Avtomobil 5 qapılı heçbek banında satışa çıxarılacaq. Yeniliyin 2,0 litrlik turbo mühərriki 300 at gücündədir. Aqreqat Nissan 370Z-dən olan 6 pilləli mexaniki sürət qutusu ilə maşını hərəkətə gətirəcək. Ford Focus RS rəqabət aparmaq üçün Megane RS tam ötürücü sistem qazanıb. Maşının sələfindən 40 kilqoram yüngül olacağı gözlənilir. Model adaptiv amortizatorlar və idman asma ilə komplektləşdirilib.

Cavanşir Məmmədzadə