• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 05.04.2017 22:12

Avtomobil kanala aşdı, sürücü yaralandı

KepezTV Player

Şəmkirdə yol qəzası qeydə alınıb. Hadisə rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini, 22 yaşlı Eşqin Hüseynov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona sol bazunun aşağı hissəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Elnur Vahidoğlu