• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 05.04.2017 13:21

Şəmkirdə Aprel qələbəsi qeyd olunub

KepezTV Player

2016-cı ilin aprel döyüşləri gənclərdə hərbi-vətənpərvərlik ruhunu artırdı, qələbə əzmini yüksəltdi. Şəmkirdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi  altında keçirilən tədbirdə bir il öncə ordumuzun göstərdiyi şücaət, hərbçilərin döyüş imkanları və texniki imkanları düşmənə göz dağı kimi qiymətləndirilib. Ordu ilə xalqın vəhdətindən danışılıb. Qarabağ münaqişəsi dövründə qazanılan şanlı qələbə münasibətiylə respublikamızın tanınmış incəsənət ustalarının vətənə, orduya və həmrəyliyə aid ifaları ruh yüksəkliyi yaradıb, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.

 

Natiq Hüseyn