• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 05.04.2017 12:39

Yük qatarı ilə minik avtomobili toqquşdu, 2 nəfər öldü

KepezTV Player

Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verib. Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 50 yaşlı Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 48 yaşlı Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.

Zülfiyyə Telmanqızı