• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 05.04.2017 12:10

Bundesliqada 27-ci turun oyunları başlayıb

Çempionatın lideri  “Bavariya” 3-cü pillədə qərarlaşmış “Hoffenhaym”ın qonağı olub. Münhen klubu cari mövsümdə evdə məğlub olmayan rəqibə qarşı səfər oyunu çətin alınıb. Karlo Ançelottinin yetirmələri "Hoffenhaym"ın uğurlu seriyasını qıra bilməyiblər. Andrey Kramariçin yeganə qolu ilə minimal hesabla qalib gələn ev sahibləri evdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Medallar uğrunda mübarizəni davam etdirən “Borussiya” – “Hamburq” ilə üz-üzə gəlib.  Dortmund kollektivi qonaqları böyük hesabla məğlub edib. Oyunda 3 qol vurulub. İlk yarıda Qonzalo Kastro ilə hesabı açan dortmundlular ikinci hissənin sonuna yaxın Kaqava ilə fərqi artırıblar. Matçda son nöqtəni isə Obameyanq qoyub. Hücumçu final fitinə saniyələr qalmış fərqlənib.

Almaniya Bundesliqası, 27-ci tur

4 aprel

Köln - Ayntraxt 1:0

Qol: Jojiç, 52.  

Borussiya D - Hamburq 3:0

Qol: Kastro, 13. Kaqava, 81. Obameyanq, 90+3.

Hoffenhaym - Bavariya 1:0

Qol: Kramariç, 21.

Verder - Şalke 3:0

Qol: Selassye, 24. Kruze, 76-pen. Eqqeştayn, 80.

Azad Rəfi