• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 05.04.2017 12:22

İngiltərə Premyer Liqasında 31-ci tura start verilib

4 matç keçirildiyi turun ilk oyun günündə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirən “Mançester Yunayted” turnir cədvəlində özündən cəmi 3 xal geri qalan “Everton”u qəbul edib. Oyunun gedişində qırmızı şeytanlar hesabda geri düşüb. Fil Yakelka Joze Maurinyonun komandasını cəzalandırb. Yunayted yalnız matça əlavə edilmiş 4-cü artırma dəqiqəsində məğlubiyyətdən xilas olub. Əllə oyuna görə Eşli Vilyamsı meydandan qovan hakim qonaqların qapısına penalti təyin edib. Topa yaxınlaşan Zlatan İbrahimoviçin zərbəsi dəqiq alınıb - 1:1. 

İngiltərə Premyer Liqası, 31-ci tur

4 aprel

Bernli - Stok Siti 1:0

Qol: Boyd, 58. 

Lester - Sanderlend 2:0

Qol: Slimani, 69. Vardi, 78.

Uotford - Vest Bromviç 2:0

Qol: Nianq, 13. Dini, 49.

Qırmızı vərəqə: Britos, 65 (Uotford).

Mançester Yunayted - Everton 1:1

Qol: İbrahimoviç, 90+4-pen - Yaqelka, 22.

Azad Rəfi