Amerikanın Advanced Tactics şirkəti ötən ilin noyabrında təqdim olunmuş Autonomous Panther AT adlı pilotsuz aparatın sınaqlarını keçirib. Hibridlə işləyən yolsuzluq dronu kiçik bağlamanı müəyyən yerə çatdırmağı bacarıb. Aparat ilk növbədə hərbçilər üçün düzəldilib, Advanced Tactics rəsmiləri geman edirlər ki, o, kuryer şirkətlərinin işinə yarayacaq. Əgər hərbçilər müəyyən yükü gizli şəkildə çatdırmaqda maraqlıdırsa, o zaman digər şirkətlər də bağlamaların bu cür yolla, təhlükəsiz şəraitdə çatdırılmasında maraqlı olacaq. Kaliforniyada keçirilən sınaqlar zamanı Autonomous Panther AT 2,3 kiloqramlıq yükü lazım olan məkana çatdırıb.
Cavanşir Məmmədzadə
- Baxış: 358