Türkiyə Super Liqasında XXVI turun həyəcanı başa çatıb. Hesabat turuna dünən reallaşan “Qalatasaray” – “Adanaspor” matçı ilə yekun vurulub. Dövrələrarası fasilədə "Qarabağ"dan Reynaldonu transfer edən Adana klubu İstanbulda darmadağınla üzləşib. "Aslan" 4 cavabsız qola sevinib.İlk yarıda Lukas Podolski ilə tablonu hərəkətə gətirən meydan sahibləri 47-cı dəqiqə Qarri Rodrigesin zərbəsi ilə hesab arasındakı fərqi artırıblar. “Cim-bom”un digər iki qolunun müəllifi isə eyni futbolçu olub. Səlcuq İnan dubl edib. O, hər iki qolunu penaltidən vurub. Yarımmüdafiəçi öncə 56-cı dəqiqədə Linnesə qarşı qayda pozuntusuna görə təyin olunan 11 metrliyi qola çevirib. 59-cu dəqiqədə isə rəqib futbolçu topun qarşısını əllə kəsdiyi üçün hakim ağ nöqtəni göstərib. Topun başına keçən Səlcuk bu dəfə də zərbəni dəqiq yerinə yetirib.
3 aprel
“Qalatasaray” – “Adanaspor” - 4:0
Qollar: Podolski, 25, Rodrigez, 47, Səlcuq, 56 (pen.), 59 (pen.)
Azad Rəfi
- Baxış: 239