• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 04.04.2017 12:17

Karate üzrə milli komandamızın üzvü İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubay Open" turnirinin qalibi olub

68 kq-da çıxış edən təmsilçimiz Almaniya, Avstriya, Yunanıstan və İngiltərədən olan rəqiblərini mübarizədən uzaqlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə son Avropa çempionu, isveçrə idmançısına da şans verməyən Zaretska  "Karate 1 Premyer Liqa" seriyasından olan turnirlərdə 3-cü dəfə qalib adını qazanıb. 21 yaşlı karateçimiz bundan əvvəl ötən ilin sentyabrındaTürkiyənin İstanbul, bu ilin martında isə Hollandiyanın Rotterdam şəhərində keçirilən analoji yarışda fəxri kürsünün ilk pilləsində yer alıb.

Orxan Cəfərzadə