• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 04.04.2017 16:14

Azərbaycan Texnologiya Universitetində “Aprel qələbəsi” adlı dəyirmi masa keçirilib

KepezTV Player

Ötən ilin aprelində ordumuzun qazandığı qələbə tələbə və müəllimlərə də qələbə sevinci yaşadıb, düşmənə sarsıdıcı təsir göstərib, dünya ictimaiyyəti Azərbaycan hərbiyəsinin imkanlarını görüb. Azərbaycan Texnologiya Universitetində “Aprel qələbəsi” adlı dəyirmi masada erməni təxribatına layiqli cavabla işğal altındakı torpaqların bir hissəsini azad edən Azərbaycan əsgərinin qəhrəmanlığı, düşmən üzərində nəzarət imkanları verən yüksəkliklərə sahib olması ordunun gücünün nümayişi kimi dəyərləndirilib. Verilən şəhidlər hesabına Azərbaycan xalqının 23 ildən sonra qələbə sevinci yaşadığına diqqət çəkən çıxışçılar diplomatik və ya hərbi yolla Qarabağ üzərində Azərbaycan bayrağının dalğalanacağı günün o qədər də uzaqda olmadığını vurğulayıblar.

Elnur Vahidoğlu