Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yüklərinə rentgen yük-yoxlama qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisində gömrük nəzarətindən gizlədilmiş 7202 dərman vasitələri tapılıb. Onların içərəsində dan Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına, idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına daxil olanlar da var. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 754