Şəhər Polis İdarəsi əməkdaşları fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Nəticədə bu cinayətləri törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri – Tapdıq İbrahimov və Amil Əzimov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. İlkin ifadələri zamanı dəstə üzvləri şəhər ərazisində 13 xırda talama cinayəti etdiklərini etiraf ediblər. Onların 5 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı və Corat qəsəbələrində yerləşən bağlar massivində silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xandadaş Məmmədov saxlanılıb. Onun qeyd edilən ərazidə19 fərdi yaşayış evindən məişət əşyaları, pul və qızıl oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 532