• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 03.04.2017 18:11

Cinayətkar dəstə zərərsizləşdirildi

KepezTV Player

Hacıqabul və Salyan polisinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-ü Hacıqabulun Qubalı kənd sakini Kazım Tağıyevin yaşadığı evə daxil olaraq quldurluq edən şəxslər saxlanılıblar. Basqını həyata keçirən şəxslərin Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 25 yaşlı Elxan Kərimov, Kürdəmir rayon sakini, 24 yaşlı Rəvan Qasımov, Bakı şəhər sakini, 23 yaşlı, əvvəllər məhkum olunmuş Cavidan Bağırlı, Hacıqabul rayonunun Udulu kənd sakini, 36 yaşlı, əvvəllər məhkum olunmuş Niyaməddin Eminov və Sabirabad rayonu Güdəcühür kənd sakini, 31 yaşlı Elçin Əkbərov olduğu müəyyən edilib. İstintaq tərəfindən müəyyən olub ki, basqını Kazım Tağıyevin qonşuluğunda yaşayan həmkəndlisi Niyaməddin Eminov planlaşdırırb. Tağıyevin evində 80 min manat pulun olduğunu dəstə üzvlərinə o, xəbər verib. Quldurlar üzlərinə maska taxaraq gecə evə daxil olublar, Kazım Tağıyevin əl-qolunu və ağzını yapışqan lentlə bağladıqdan sonra mənzildə olan 13050 manat pulu, 2 blok siqareti və 1 ədəd mobil telefonu ələ keçirərək oranı tərk ediblər. Dəstə üzvlərinin digər cinayətlərdə də iştirakı istisna edilmir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.