Bakıda dəhşətli qətl baş verib. Bir ailənin iki üzvü öldürülüb, birinə isə ağır xəsarət yetirilib. Qanlı olay paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb. Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evində 55 yaşlı Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurulub. Daha sonra cinayəti törədən şəxs qadının oğlu, 16 yaşlı Saqil Qasımzadə və qızı, 26 yaşlı Fərizənin başını kəsərək meyitlərini öz avtomobilinin yük yerinə qoyub. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pul götürərək hadisə yerini tərk edib. Nərimanov rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 20 yaşlı Azər Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. Cəfərov tutularkən Lətafət Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub. Məlumata görə, Qasımova hadisəni törədən Azər Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin ehtimala görə, Cəfərov həmin mənzilə qarət məqsədi ilə daxil olub.
Zülfiyyə Telmanqızı
- Baxış: 523