Futbol üzrə milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatının 23-cü turunda ilk qolunu vurub. 20 yaşlı oyunçumuzun komandası Jilina doğma meydanda “Presov”u qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Oyuna sonradan daxil olan Ramil 79-cu dəqiqədə fərqlənməyi bacarıb. Şeydayevin qolu həm də görüşdə sonuncu dəqiq zərbə olub. Qeyd edək ki, “Jilina” 55 xalla turnir cədvəlində liderdir.
Orxan Cəfərzadə
- Baxış: 499