• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2175
— 03.04.2017 12:51

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları baş tutub

Turun bütün görüşləri eyni gündə oynanılıb.  Açılış qarşılaşmasında Sumqayıtda yerli komanda Neftçini qəbul edib. Meydan sahibləri qonaqları evə əliboş yola salıblar. 60-cı dəqiqədə gənclik şəhərinin təmsilçisindən Bəxtiyar Həsənalızadə hesabı açıb. 3 dəqiqədən sonra Neftçi 2-ci topu qapısından buraxıb. Amil Yunannov akrobatik vuruşla toru havalandıraraq Sumqayıta 2:0 qələbə qazandırıb.

Ölkə kubokunda məğlubiyyət acısı yaşayan “İnter” AZAL-la qarşılaşıb. 48-ci dəqiqədə Denis Silvayla irəli çıxan bankirlər əsas vaxta artırılan 1-ci dəqiqədə Rauf Əliyevin sayəsində fərqi ikiyə yüksəldib. Azal sona yaxın buraxılan qollardan birinin əvəzini çıxsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib. Təyyarəçilərin qoluna Ruslan Əmircanov imza atıb. Yekunda İnter 2:1 qalib gəlib.

Bu həftə lider Qarabağ Kəpəz qarşısında hesabda geridə olduğu qarşılaşmada sonradan vurduğu iki qolla qələbə qazanıb. Köhlən atların heyətində Dino Ndlovu və Markos Madera, gəncəlilərdən isə Kərim Diniyev rəqib qapısına yol tapıb.

Bu mövsüm çempion olmaq üçün var gücünü ortaya qoyan Qəbələ evdə Zirə qarşısında xal itirib. Oyunun əvvəlində - daha dəqiq desək 8-ci dəqiqədə qol səssizliyini pozan əyalət təmsilçisi bu hesabı sonədək qoruya bilməyib. 61-ci dəqiqədə Meza Kolli zirəlilərin bərabərlik qolunu vuraraq onları evə 1 xalla göndərib. Qəbələ 1 Zirə 1.

 

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

 

“Sumqayıt” – “Neftçi” - 2:0

Qollar: Bəxtiyar Həsənalızadə, 60, Amil Yunanov, 63

 

İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu

 

"İnter” – AZAL - 2:1

Qollar: Denis Silva, 48, Rauf Əliyev, 90+1 - Kvirtiya, 90+2

 

İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

“Qarabağ” – “Kəpəz” - 2:1

Qollar: Dino Ndlovu, 41, Miçel, 47 - Renan Silva, 26

 

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

 

“Qəbələ” – “Zirə” - 1:1

Qol: Zenyov, 8 - Sezar Meza Kolli, 62

İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

 

1

Qarabağ

24

16

4

4

39-12

52

2

Qəbələ

24

13

8

3

43-14

48

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Neftçi

24

8

2

14

19-38

26

7

Kəpəz

24

5

9

10

17-26

24

8

 AZAL

24

1

7

16

11-39

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11

 

 

Orxan Cəfərzadə