KepezTV Player
Göyçay rayonunda çaya düşərək boğulan azyaşlının meyiti tapılıb. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Regional Mərkəzinin dalğıc-xilasedicilərinin çayda 4 gün davam edən axtarış işləri dünən axşam saatlarında yekunlaşıb. Uşağın meyiti çaya düşdüyü yerdən 200 metr aralıdan tapılaraq valideynlərinə təhvil verilib. 5 yaşlı Xədicə Kazımlı martın 30-da öz valideynləri ilə birgə çayın kənarında olub. Çayda balıq tutan atasının və anasının nəzarətindən kənarda qalan azyaşlı oynayarkən qəflətən çaya düşüb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 460