Almanların Novitec atelyesi Maserati Levante krossoveri üçün tüninq proqramı təqdim edib. Sport-paketə eksteryerdə dəyişiklik və 6 silindrli 3 litrlik motorun modernləşdirilməsi daxil edilib. Kuzovun bütün aerodinamik elementləri karbondan düzəlib. Onlardan yeni ön və arxa spoyler, eləcə də arxa diffuzor və ətəkləri qeyd etmək olar. Bundan başqa krossoverə 25 mm azaldılmış asma və 22 düymlük disklər quraşdırılıb. 3 litrlik benzin mühərrikin gücü 430-dan 494-ə qaldırılıb. Bu cür aqreqatla maşın “yüzü” 4,8 saniyəyə yığır – yəni, əvvəlkindən 0,4 saniyə daha tez. Maksimal sürət isə bir qədər artırılaraq 272 km/saata yüksəlib. Dizel variantdakı güc təxminən 50 at gücü artaraq 322-yə bərabər olub. Dizelli Maserati Levante ilk 100 km/saat sürəti 6,2 saniyəyə yerinə yetirir.
Cavanşir Məmmədzadə
- Baxış: 416