Almaniyanın sənaye avadanlıqları istehsal edən Festo şirkəti osminoqların ayaqlarını xatırladan pnevmatik manipulyator hazırlayıb. OctopusGripper adlı manipulyator özündə, pnevmatik idarə olunan qısa silikon osminoq ayağını birləşdirir. Bu ayaqlar aktiv və passiv soruculardan istifadə etməklə müxtəlif formalı əşyaları tutaraq ona sarıla bilir. Manipulyator haqqında daha ətraflı məlumat yoxdur. OctopusGripper həmçinin BionicCobot və BionicMotionRobotun əlini əvəzləyə bilər.
Cavanşir Məmmədzadə
- Baxış: 420