• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 03.04.2017 10:03

“Karolla”nı 1000 at güclü drif-maşına çevirdilər

Drift yarışlarda püxtələşmiş Papadakis Racing komandası yarış xarakterli “Karolla” ərsəyə gətiriblər. Avtomobil ön ötürücü sistem yerinə arxa ötürücü və 1000 at güclü motor əldə edib. Maşının əsasını Corolla-heçbek təşkil edir, maşında nəsə orijinal bir şey qalsın deyə Toyota istehsallı 2,4 litrlik motora isə toxunulmayıb. Görülən işlər sayəsində motorun həcmi 2,7 litrə qaldırılıb və turbo təkan əlavə edilib. Onunla birlikdə NASCAR maşınından götürülmüş sürət qutusu işləyir. Maşına hətta azotlu oksid inyeksiya sistemi quraşdırılıb. Yarışlarda drift-maşını norveçli Fredrik Aasbo idarə edəcək. Avtomobil Formula-D yarışların 2017-ci il mövsümünə qatılacaq.

 

Cavanşir Məmmədzadə