• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 01.04.2017 20:19

Gəncədə yol qəzası baş verib

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin 23 yaşlı Qəzənfər Yusifov xəsarət alıb. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.