Turun ilk oyununda “Espanyol” “Betis”i qəbul edib. Barselona klubu matçın gedişində 0:1 hesabıyla geri düşsə də, son dəqiqələrdə vurulan 2 qolla qarşılaşmadan 3 xalla ayrılmağı bacarıb. Ruben Kastronun penlati zərbəsi ilə məğlub duruma düşən “Espanyol” əzmkarlıq göstərərək əvvəlcə final fitinə 2 dəqiqə qalmış Xavi Fueqonun qolu ilə hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Xose Antonio Reyesin məhsuldar zərbəsi ev sahiblərinə qələbə qazandırıb. 2:1.
İspaniya La Liqası
XXIX tur
31 mart
“Espanyol” – “Betis” – 2:1
Qollar: Fueqo, 87, Reyes, 90 – Kastro, 78 (pen.)
Azad Rəfi
- Baxış: 316