Turun açılış matçında “Herta” “Hoffenhaym”la qarşılaşıb. Oyuna yaxşı başlayan meydan sahibləri Peter Pekarik qolu ilə hesabı açıblar. Amma bu hesabı hertalılar qoruya bilməyiblər. Fasiləyə kimi Andrey Kramariç status-kvonu bərpa edib. İkinci hissədə Mittelştadtın qırmızı vərəqə alması ilə meydandan azlıqda qalan paytaxt komandası oyunun sonlarına doğru qapısından iki top buraxıb. Niklas Zyule ilə hesabı öz xeyrinə dəyişən “Hoffenhaym” Kramariç yekun hesabı təyin edib. Beləliklə də görüş qonaqların 3:1 hesablı qələbəsiylə nəticələnib.
Almaniya Bundesliqası
XXVI tur
31 mart
“Herta” – “Hoffenhaym” – 1:3
Qollar: Pekarik, 32 - Kramariç, 39-pen, 86, Zyule, 76
Azad Rəfi
- Baxış: 361