• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 01.04.2017 13:50

Leyla Qurbanova finalda uduzdu

Macarıstanda 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının dördüncü yarış günündə qadınların mübarizəsinə yekun vurulub.

Azərbaycan təmsilçiləri günü 1 gümüş, 1 bürünc medalla tamamlayıblar. Qitə birinciliyinin gümüş medalına 53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova layiq görülüb. Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı rəqibinə yenilərək, 2-ci yeri tutub.

58 kq çəkidə çıxış edən idmançımız Alyona Kolesnik isə Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda ukraynalıya uduzub. Lakin o, bürünc medal uğrunda görüşdə fransalı rəqibini tam üstünlüklə məğlub edərək, fəxri kürsüyə qalxıb.

Azad Rəfi