• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 01.04.2017 15:34

Şəmkirli gəncin hazırladığı kran diqqəti cəlb edir

KepezTV Player

Şəmkirli 23 yaşlı gəncin xüsusi bacarığı var. Şəmkir sakininin ev şəraitində hazırladığı qaldırıcı qurğu indi yaşadığı kəndlə yanaşı, ətraf yaşayış məntəqələrində inşaat işlərində istifadə olunur.

Zəfər Alıyev- ixtiraçı gənc: “Biz istixanaların qurulmasında metal konstruksiya işinlə məşğul oluruq. Biz hər dəfə kran çağıranda əlavə xərc çəkirdik. Bu isə vaxt itkisi və maliyyə sərfinə səbəb olurdu. Belə qərara gəldim ki, kran hazırlayım. Həm vaxta qənaət edək, həm də işimiz asanlaşsın”. 

Şəmkirin Qaracəmirli kəndində yaşayan Zəfər Alıyevin peşəsi qaynaqçıdır. Elə bu günədək də bacarığına uyğun istixana komplekslərinin qurulmasıyla pul qazanıb. Atası ilə birgə gördüyü iş qaldırıcı kransız çətinlik yaratdığından gənc problemi birdəfəlik həll etmək qərarına gəlib və cəmi 9 günə istədiyinə nail olub.

Zəfər Alıyev- ixtiraçı gənc: “İnşaat işlərində istixanaların qurulmasında çənlərin qaldırılmasında ümumilikdə metal konstruksiya işlərində bizim işimizə çox yarıyır”.

Hazırlanan kran 360 dərəcə fırlanma, 6,5 metr hündürlüyə yüksəlmə və 300 kiloqram qədərə yükü qaldırmaq gücünə malikdir. Qurğu elektrik enerjisi ilə işləyir. Zəfərin atası ilk gündən oğlunu bu fikirdən çəkindirməyə çalışsa da, gəncin özünə inamı ilə reallaşdırdığı iş Səfər Alıyevi də təəcübləndirib.

Səfər Alıyev- gəncin atası: “Bu dedi hazırlayacam. Mən inanmadım. Dedim ay bala, vaxtını itirmə bu alınmayacaq. Dedi yox ata, hazırlayacam bu mənə lazımdır. Hər gün mən kran çağırmaycam. İndi hamı gəlir, müraciət edir. Heç vaxtı olmur”.

Gəncin ixtirası həm işinin asanlaşmasına, həm də əlavə gəlir mənbəyinə səbəb olub. Görülən işin həcmindən asılı olaraq kranın yükqaldırma imkanlarını artırmaq barədə fikirləşən gənc yaşadıqları evin tikintisində də ixtirasından yararlanıb.

 

Natiq Hüseyn