• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 01.04.2017 10:03

Galaxy S8 və Galaxy S8 Plus modelləri təqdim olundu

Samsung şirkəti çoxdan gözlənilən Galaxy S8 və Galaxy S8 Plus modellərini təqdim edib. Sözügedən smartfonlar çərçivəsiz ekran, Bixby səsli köməkçisi və yüksək qiymətə sahibdir. Hər iki modelin kənarları əyilmiş ekranı var. Lakin bu əyilmə, Galaxy S7 Edge-dən bir qədər kiçikdir. Smartfonun sol tərəfində Bixby səsli köməkçisindən istifadə etmək üçün əlavə düymələr yerləşdirilib. Galaxy S8-də fiziki Home düyməsindən imtina olunub. Barmaq izi skanı isə smartfonun arxa panelindəki kameranın sağ tərəfində yerləşir. Galaxy S8, 5.8 düymlük, Galaxy S8 Plus isə 6.2 düymlük Super AMOLED ekranla təmin olunub. Sözügedən telefonları yarım saat müddətinə suyun 1.5 m dərinliyində saxlamaq olar. Satışa çıxacaqları ölkələrdən asılı olaraq modellər, Exynos 8895 və ya Snapdragon 835 prosessorları ilə təmin olunacaq. Hər iki smartfon 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunub. MicroSD girişi isə öz yerində qalır. Batareyalara gəldikdə, Galaxy S8, 3000 mAs enerji tutumlu batareya, Galaxy S8 Plus isə 3500 mAs enerji tutumlu batareyaya yiyələnib. Hər iki smartfonda həm naqillə, həmdə naqilsiz şəkildə sürətli enerji yığma özəlliyi mövcuddur. Galaxy S8 və Galaxy S8 Plus modelləri, 12 MP-lik arxa kamera və 8 MP-lik, eləcə də avtofokus özəllikli ön kamera ilə təmin olunub. Ön kameranın yanında isə xüsusi sensor quraşdırılıb. Həmin sensor, göz qişası skanı üçün nəzərdə tutulur. İstifadəçi üzünün skanı, ön kameranın köməkliyi ilə həyata keçirilir. Təqdimat zamanı şirkətdən bildirilib ki, Bixby tamamilə touch interfeys ilə çalışan funksiyaları əvəz edə bilər. Smartfonların qiymətlərinə gəldikdə, Galaxy S8 799$, Galaxy S8 Plus isə 899$-a təklif olunacaq. Satışlar isə 21 apreldən start götürəcək.

Cavanşir Məmmədzadə