Nissan Hindistan bazarı üçün yenilənmiş Terrano krossoverini nümayiş etdirib. İstehsalçılar qeyd ediblər ki, restaylinq olunmuş versiya 22 təkmilləşmə qazanıb. Yeniliklərdən iki rəngli salon, kruiz-kontrol, 7 düymlük multimedia sistemi və yeni sükan çarxını vurğulamaq lazımdır. Motor qamması isə təzələnmədən sonra dəyişməyib. Hindistanda Nissan Terranonu litr yarımlıq 110 at güclü dizel və 104 at güclü 1,6 litrlik benzin mühərriklə təchiz ediblər. Hər iki aqreqat 6 pilləli mexaniki sürət qutusu ilə vəhdət təşkil edir. Yeni krossoverin Hindistanda qiyməti təxminən 15 200 dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 332