• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 01.04.2017 00:05

Cəlilabadda qanunsuz at kəsimi və tədarükü ilə məşğul olan sakinlər aşkar edilib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Cəlilabad rayonunda birgə reyd keçiriblər. Reydin keçirilməsində məqsəd qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq olub. Aparılan reyd zamanı Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirilib.Baxış zamanı həmin təsərrüfatda qeyri-qanuni, baytarlıq nəzarətindən keçməyən ət kəsimi və tədarükü aşkar olunub
Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar (3 ədəd balta, 6 ədəd bıçaq, 2 ədəd primitiv quraşdırılmış tal, ətləri asmaq üçün qarmaqlar, 1 ədəd işıq generatoru, 1 ədəd bıçaq itiləmək üçün dəzgah, çoxlu miqdarda laxtalanmış qan gölməçələri) antisanitar vəziyyətdə aşkar olunub.

Xatırladırıq ki, Abbasov Saqif Tərlan oğlunun bu ilk əməl deyil. Alınan məlumata görə, Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 17 mart 2017-ci il tarixində də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayonun Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğlunun idarə etdiyi "QAZel" markalı yük avtomobilindən 1220 kq yararsız ətlər aşkar edilmişdi.