• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 01.04.2017 00:01

"İnsaflı" quldurlar saxlanıldılar

KepezTV Player

Türkiyə vətəndaşı Gülaşı Səlahəddin Mehmet polisə müraciət edərək, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində iki nəfər naməlum şəxsin ona hücum edib, döydüyünü və 1700 manat pulunu aldığını bildirib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində inayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Rəşad Sadıqov və Elbrus Məmmədov saxlanılıb.
Saxlanılan şəxslərin  ətrafında  aparılan əməliyyat tədbirləri nəticəsində onların başqa cinayətlərinin də üstü açılıb. Belə ki, Rəşad Sadıqov və Elburus Məmmədov mart ayının 19-u gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Vüqar Nəhmətovu Sumqayıt şəhəri ərazisində bıçaqla hədələyərək,  21 manat pulunu, mobil telefonunu və gödəkçəsini alıblar. Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.