Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Günün birinci qarşılaşmasında “İnter” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüşdə ilk qol qonaqlardan gəlib. Daniel Subotiç təyin olunan penaltini qola çevirərək komandasını önə keçirib. 3 dəqiqə sonra hesab bərabərləşib. Qapı önündə yaranan qarışıqlığı Skarlatake maksimum dəyərləndirib. 48-ci dəqiqədə Subotiç növbəti dəfə diqqətləri üzərinə çəkərək əyalət təmsilçisi yenidən irəli çıxarıb. Oyunun sonuna yaxın qəbələlilər daha bir penalti qazanıblar. Topun arxasına keçən Filip Ozobiç də şansını qaçırmayıb və Qəbələnin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Bu mərhələnin digər görüşündə isə “Neftçi” əzəli rəqiblərindən olan “Qarabağ”ı qəbul edib. Ağdamlılar ilk hissədə vurduqları iki qolla oyunun taleyinin həll ediblər. 13-cü dəqiqədə küncdən cərimə meydançasına göndərilən topu Muarrem Muarrem başıyla çərçivədən keçirərək tablonu işə salıb. 28-ci dəqiqədə hesab arasındakı fərq ikiyə yüksəlib. Dino Ndlovu da başıyla fərqlənərək qarşılaşmada son nöqtəni qoyub. Neftçi 0 Qarabağ 2
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart
“İnter” – “Qəbələ” - 1:3
Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”
“Neftçi” – “Qarabağ” - 0:2
Qollar: Muarem, 14, Dino Ndlovu, 29
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu
Orxan Cəfərzadə
- Baxış: 358