• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 31.03.2017 16:12

Dünya birinciliyi üçün heyət

Aprelin 3-də Tailandın paytaxtı Banqkokda keçiriləcək 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya birinciliyi üçün ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. 100-dək ölkədən 538 ağırlıqqaldıranın qatılacağı yarışa 8 çəkidə 9 idmançımız yollanacaq. Bir həftəyədək davam edəcək çempionatda Səbinə Əzimova (48 kq), İsmayıl Məmmədov, Elməddin Hüseynov ( hər ikisi 56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq) və Həsənbəy Həsənzadə (+94 kq) qüvvəsini sınayacaq. 

Qeyd edək ki, Yeniyetmələrin Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Banqkokda təşkil olunacaq dünya birinciliyindəki nəticələr idmançıların lisenziya üçün reytinq xallarına təsir edəcək.

Orxan Cəfərzadə