Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımın mahiyyəti, genişmiqyaslı qanlı aksiyanın nəticələri haqqında danışılıb. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirməsi, çaxnaşmalara səbəb olmasına diqqət çəkilib. Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələnib. Dəyirmi masada "XX əsrin əvvəllərində Azərbaycanda soyqırım hadisələrinin coğrafiyası, miqyası və xronologiyası", 31 mart soyqırımı tarixi faktlarda və sənədlərdə", "Soyqırım - sülh və insanlıq əleyhinə olan cinayətdir", "Bəşəriyyət erməni vəhşiliyə göz yummamalıdır" kimi mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Gülnar Fazilqızı
- Baxış: 439