Samsung, məşhur dizayner-saatsaz Ayvan Arpanın da əməyi olan bir neçə maraqlı “ağıllı” saat təqdim edib. Gear S3 cibdə gəzdirmək üçündür. Arpanın ideyasına görə, bu cür modeldə dairəvi ekran-siferblat, arxa qapaqda isə klassik İsveçrə mexanizmi quraşdırılıb. Bundan başqa dizayner cib saatının üzərinə kompas da yerləşdirməyi lazım bilib. İkinci model də həmin Samsung smart-saatıdır, ancaq içərisi fərqlidir. Üçüncüyə gəldikdə, o, xarici görünüşcə Gear S4-dən fərqlənmir, ancaq onun bütün elektronik quruluşu mexaniki olub. Arpanın hazırladığı cihazlar daha çox konseptə bənzəyir və çətin ki, Samsung bunları satışa çıxarsın.
Cavanşir Məmmədzadə
- Baxış: 358