Hublot şirkəti Ferrari markasının 70 illiyinə yeni model saatlar həsr eləyib. Saatların premyerası İsveçrənin Baselworld sərgisində baş tutub. Techframe Ferrari 70 Year Tourbillon Chronograph saatlarının korpusu titandan, çəhrayı qızılı və ya xüsusi orqanik polimer poliefirefirketon materialından ola bilər. Korpusun eni 45 millimetr, qalınlığı 14,8 millimetrdir. Daxildə 5 günlük ehtiyat batareyası olan 253 komponentli mexaniki quraşdırma var. 5 ildir ki, Ferrarinin saat tərəfdaşı olan Hublot firması xronoqrafik saatının titan versiyasına 127 000 dollar qiymət qoyub. Karbon variant 137 000, qızılı isə 158 000 dollardır.
Cavanşir Məmmədzadə
- Baxış: 358