Peugeot markası 3008 krossoverinin idman versiyasını buraxmağı planlaşdırır. Fransız şirkətin məhsul direktoru Loran Blanşın sözlərinə görə, yenilik 300 at güclü hibrid güc sistemi əldə edəcək. Belədə hibridli 3008 modeli Fransa brendinin ən güclü krossoveri olacaq. Maşının kütləvi istehsalı isə 2019-cu ilə planlaşdırılır. Blanş bildirib ki, krossoverin hibrid güc sisteminə elektromotor və 1,6 litrlik benzin mühərrik daxildir. Peugeot 3008 yerindən 100 km/saat sürəti 6 saniyədən də az vaxtda yığır, maksimal sürət isə 240 km/saata çatır. Hibridli Peugeot 3008 bütün fransız krossoverlərdən güclü olmasına baxmayaraq, adına GTi əlavə olunmayacaq. Peugeot rəsmisi bildirib ki, Gti daha çox sürətli kompakt heçbeklərə uyğundur, yeni modelin adına isə əlavə olaraq sadəcə GT yazılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 323