• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 31.03.2017 13:57

Yol qəzaları yenə dəhşət saçdı

KepezTV Player

Sürücünün səhvi maddi zərər bir yana, iki nəfərin həyatı, iki nəfərin sağlamlığı bahasına başa gəldi. Söhbət paytaxtda baş verən iki qəzadan birindən gedir. Digər hadisədə isə sərnişin avtobusu piyadanı vurub.

İki nəfərin ölümü ilə nəticələnən qəza Bakının Yasamal rayonu ərazisində baş verib. Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil digər iki "Mercedes"i, daha sonra yol kənarında dayanan piyadanı vurub və ağaca çırpılaraq dayanıb. Zərbənin təsirindən piyada 50 metr kənarda olan reklam lövhəsinə çırpılıb. Qəzanı törədən “Mercedes”in sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - 26 yaşlı Əhməd Müzəffərov, 22 yaşlı Əmrah Ağabalayev və Anar adlı şəxs xəstəxanaya çatdırılıb. Piyada 34 yaşlı Elçin Ağayev isə tibb müəssisəinə aparılarkən yolda keçinib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Deformasiya uğrayan avtomobil cərimə meydançasına aparılıb. 

Paytaxtda digər qəza Sabunçu rayonunda qeydə alınıb.  "62" saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tural Pənahovu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həyatı üçün təhlükə olmadığı bildirilir. Qəzanı törədən avtobus cərimə meydançasına yerləşdirilib. 
Faktlarla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı