• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 30.03.2017 20:48

Həmyerlisinin canına qıydı

KepezTV Player

Daha bir qətl hadisəsi Yevlaxda baş verib. Rayonun Hacıselli kəndində rayon sakini Azad Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu öldürüb. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı