• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 30.03.2017 12:33

“Kəpəz” məşqləri davam etdirir

“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ” ilə keçirəcəyi oyunun hazırlıqlarını Bakıda davam etdirir. Milli komandaların Dünya Çempionatı 2018-in seçmə oyunları ilə bağlı çempionatda yaranan fasilə müddətində U-23 yığması ilə yoxlama oyunundan (1:1) sonra bir gün istirahət edən komanda martın 27-dən məşqləri bərpa edib. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edir. Hazırlıq prosesi hər gün saat 15:00-a təyin olunub.

U-23 yığmasının heyətində təlim-məşq toplanışında olmuş Orxan Əliyev ilə Azad Kərimov da 3 gündür ki, komanda ilə birgə çalışmalara qoşulub. 

Azad Rəfi