Kickstarter platformasında, adi velosipedi, elektrikli velosipedə çevirən cihaz üçün vəsait yığımı kampaniyası keçirilir.
UrbanX adlı cihaz, elektrikli velosiped təkəridir. Bu təkəri, istənilən velosipedin adi təkərinin yerinə quraşdırmaq olar. Cihaz, aviasiya alüminiumundan hazırlanıb və 3500 mAs enerji tutumlu batareya, Bluetooth və digər ötürücülərlə təchiz olunub. UrbanXEco modelinin gücü 240 Vt-dır. Onun maksimal sürəti isə saatda 15 km-dir. UrbanXBooster modeli bir qədər fərqlənir. Belə ki, o, 350 Vatt gücünə sahib mühərrik ilə təchiz olunub. Bu modelin sürəti isə saatda 20 km-dir. Hər iki model, tam şarj olunmuş vəziyyətdə 50 km yol qət edə bilir. Bundan əlavə olaraq UrbanX təkərləri, xüsusi mobil tətbiqə qoşularaq qalan enerji faizini, yolu və digər məlumatları təqdim edir. Hər iki təkər modeli bu ilin yayında satışa çıxacaq. UrbanXEco modeli, 299$ qiymətinə, UrbanXBooster modeli isə 399$ qiymətinə satılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 514