Rusiyanın DK Racing şirkəti Shortcut 2017 modelinin seriyalı versiyası üçün sifarişlər qəbul etməyə başlayıb. Böyük Britaniyanın Lotus Seven modelinin bazasında ərsəyə gələn idman maşını Rusiya istehsallı aqreqatla təchiz olunub və yarış üçündür. Arxa ötürücülü “Şortkat” Rusiyanın avtomobil bazarında sportkarlar üçün yeni seqment yaradır. Maşının 90%-i Rusiyada hazırlanan komponentlərdən ibarətdir. Shortcut-ın quru çəkisi 500 kq, maye və sürücü ilə birgə isə 650 kiloqramdır. Mühərrik Lada Granta Sport-un gücləndirilmiş 1,6 litrlik motorundan yığılıb və 5 pilləli mexaniki sürət qutusu ilə birləşir. Sürücü avtomobili 150 ya da 170 at güclü motorlardan biri ilə işə sala bilər. 210 km/saat maksimal sürəti olan Shortcut ilk 100-ü 4,7 saniyəyə yerinə yetirir. Sportkara 1 000 000 rubl, təxminən 30 min manat qiymət qoyulub. İlk 5 sifariş aprelin sonuna qədər müştərilərinə çatdırılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 349