• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 29.03.2017 14:28

DÇ-2018-in seçmə mərhələsində Cənubi Amerika qitəsində oyunlar baş tutub

Sürpriz nəticə Boliviya – Argentina görüşündə qeydə alınıb. Tanqoçular gözlənilmədən iki cavabsız qolla məğlub olublar. Qonaqların qapısına ilk olaraq 31-ci dəqiqədə Xuan Karlos yol tapıb. Digər qol isə 52-ci dəqiqəyə təsadüf edib. Cərimə meydançasında boş buraxılan  Marselo Moreno bu fürsəti maksimum dəyərləndirərək Boliviyanın 2:0-lıq qələbəsini rəsmiləşdirib.

Ekvador - Kolumbiya oyunu da  eyni hesabla bitib. Lakin bu qarşılaşmada qələbəni qonaqlar bayram ediblər. 20-ci dəqiqədə Xames Rodriges yerli azarkeşlərin kefini pozub. 34-cü dəqiqədə isə Kuadrado fərqlənərək komandasına səfərdə 3 xal qazandırıb. Bu qələbəylə Kolumbiya qrupda ikinci pilləyə yüksəlib. 

Qrup lideri Braziliya isə Paraqvayı 3:0 hesabıyla üstələyib. İlk qol 34-cü dəqiqədə Kautinyodan gəlib. Yarımmüdafiəçi dəqiq zərbəylə toru havalandırıb. 64-cü dəqiqədə Neymar da adını tabloya yazdırıb. Barselonanın oyunçusu özü qurduğu hücumu qolla tamamlayıb. Görüşdə son nöqtəni isə Marselo qoyub. Bununla sambaçılar liderlik mövqeyini daha da möhkəmləndirib.

 

DÇ-2018-in seçmə mərhələsi

Cənubi Amerika zonası

XIV tur

 

Boliviya – Argentina – 2:0

Arse, 31, Moreno, 52

 

Ekvador – Kolumbiya – 0:2

Rodriges, 20, Kuadrado, 34

 

Çili – Venesuela – 3:1

Sançes, 4, Paredes, 7, 22 – Rondon, 63

 

Braziliya – Paraqvay – 3:0

Koutinyo, 34, Neymar, 63, Marselo, 86

 

Peru – Uruqvay – 2:1

Querero, 35, Flores, 62 – Sançes, 30

 

1

Braziliya

14

10

3

1

35-10

33

2

Kolumbiya

14

7

3

4

18-15

24

3

Uruqvay

14

7

2

5

26-17

23

4

Çili

14

7

2

5

24-19

23

5

Argentina

14

6

4

4

15-14

22

6

Ekvador

14

6

2

6

23-20

20

7

Peru

14

5

3

6

22-23

18

8

Paraqvay

14

5

3

6

13-21

18

9

Boliviya

14

3

1

10

12-32

10

10

Venesuela

14

1

3

10

17-34

6

Orxan Cəfərzadə