• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 29.03.2017 13:11

Gömrük nəzarətindən gizlədilən 10 ədəd mobil telefon müsadirə edilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd mobil telefon, 11 ədəd adapter, 8 ədəd batareya, 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu aşkar edilib. Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı