Dəqiqlik
Dəqiqlik dedikdə ilk ağla gələn ölkə Almaniyadır. Əslində saniyə dəqiqliyi desək, daha doğru olar. Almanlar saat 16.59-da iş yerindən ayrılmazlar, ta ki 60 saniyə tamam olana qədər. Bu dəqiqlik bütün sahələrdə mövcuddur. Əgər gözlədiyiniz ictimai nəqliyyat vasitəsi 12.06-da gəlməlidirsə, mütləq həmin vaxt dayanacaqda olacaq. Bu hal bizə qeyri-adi görünə bilər, amma almanlar üçün kifayət qədər normaldır.
İnsana hörmət
Çox zaman almanların eqoist olduğunu söyləyirlər. Amma bu heç də belə deyil. Əgər siz gedəcəyiniz ünvanı tapa bilməsəniz, almanlar sizə canla-başla kömək edəcəklər. Almaniya elə bir ölkədir ki, işləmədən sosial yardım alaraq yaşamaq mümkündür. Burada evsizlərə aylıq pivə pulu verilir. Bu da almanların insan həyatına necə önəm verdiyinin bir başqa sübutudur.
9 qonşu ölkə
Almaniya 9 ölkə ilə həmsərhəddir: Avstriya, Fransa, İsveçrə, Danimarka, Belçika, Lüksemburq, Hollandiya, Çex Respublikası və Polşa. İstədiyiniz an bu ölkələrin birindən digərinə rahatlıqla keçə bilərsiniz. Təyyarə olmadan da səyahətə çıxmaq mümkündür. Cüzi pul ödəyərək qonşu ölkələrə keçən maşınlara minib səfər etmək olar. Dövlətlər arasında məsafə azdır. Misal üçün, Frankfurtdan Fransaya cəmi saat yarımlıq yoldur.
Mətbəx
Alman mətbəxi olduqca doyumlu, yüksək kalorili və ləzzətlidir. Ət, xüsusilə bir çox üsullarla bişirilən donuz əti, çox populyardır. Ölkədə təxminən 1500 sosiska çeşidi var. Vaxt itirməyi çox da sevməyən almanlar fəstfuda önəm verirlər. Almaniyada ən geniş yayılmış hot-doq çeşidi isə ləziz sosiskadan hazırlanan frankfurtersdir.
Pivə günü
Almanlar çexiyalılardan sonra dünyada ən çox pivə içən 2-ci xalqdır. 2010-cu ilin statistikasına əsasən, bir alman il ərzində 107 litr pivə içir. Ölkədə Oktoberfest adlanan populyar pivə festivalı da keçirilir. Bavariyada bu içki rəsmi olaraq qida hesab edilir. Almanlar yerli istehsal olmayan pivəni çox az hallarda qəbul edirlər.
Sağlamlıq
Almanlar sağlamlıqlarına xüsusi önəm verirlər. Təmiz havada gəzmək, idman etmək onlar üçün həyat tərzidir. Ölkə ərazisinin 31%-i ağaclar və meşələrlə əhatə olunub. İstirahət günlərində parklarda qələbəlik təbii haldır. Amma ictimai yerlərdə siqaret çəkənlər də rastınıza çıxa bilər.
Azad uşaqlar
Almaniyada uşaqlara hər şeyə icazə verilir. Tamamilə hər şey! Bir problem yaşandıqda, valideynlər cavabdeh olur. Valideynlər yoxdursa, heç kim cavabdeh olmur və buna görə uşaq heç vaxt tənbeh edilmir. Balacalara hələ bağçada olarkən İkinci Dünya Müharibəsinə görə günahkarlıq hissi yeridilir.
Alman maşınları
Dünyanın bəlkə də ən gözəl və rahat maşınları Almaniyada istehsal olunur. Çətin ki, dünyada BMW, Porsche, Mercedes-Benz, Audi, Opel, Volkswagen kimi avtomobillərə rast gəlinməyən ölkə olsun.
Almaz İşgüzar
- Baxış: 1057