Lənkəran rayonunun Səpnəkəran kəndində qətl hadisəsi baş verib. Kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Əliyeva taxta parçası ilə baş nahiyəsindən aldığı zərbə ilə öldürülüb. İlkin məlumatlara görə, qadını həyat yoldaşı Rüfət Əliyev öldürüb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb. Ailədə tez-tez mübahisələr olduğu deyilir. Rüfət Əliyevin atası Aydın Əliyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 407