Qazaxın Birinci Şıxlı kəndində ağır yol qəzası olub. Kənd sakini, 39 yaşlı Yeganə Əhmədovanı yolu keçmək istəyən zaman avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya sağ təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi, sağ incik sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Vüsalə Camal
- Baxış: 374