• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 28.03.2017 14:47

“Şəmkir” doğma divarlar arasında “Qaradağ Lökbatan”I məğlub etdi

KepezTV Player

Futbol üzrə Azərbaycan I divizionunda 22-ci tura yekun vurulub. Turun son oyun günündə “Şəmkir” doğma divarlar arasında “Qaradağ Lökbatan”ı qəbul edib. “Qırmızı-ağlar” öz meydanında qələbə qazanmağı bacarıb. 1-ci dəqiqədə Ruslan Vorontsovun erkən qolu ilə hesabı açan şəmkirlilər fasilədən sonra rəqibi ikinci dəfə cəzalandırıblar. 76-cı dəqiqədə Vüsal Qarayev qonaqları topu tordan çıxarmağa məcbur edib. 2:0. Bu qələbə ilə xallarının sayını 41-ə çatdıran qərblilər turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.


Vüsal Qarayev- "Şəmkir"in futbolçusu: “Hər oyuna 100 % qələbə üçün hazırlaşırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq.Əlimizdən gələni etdik və qələbə qazandıq. 4 tur qalıb, onları da qazanıb çempion olarıq, inşallah”.
 

Ruslan Vorontsov- "Şəmkir"in futbolçusu: “Oyun çox çətin və həyəcanlı keçdi. Allaha şükür ki, qalib gəldik. Qol vurmaq mənim işimdir və mən işimi gördüm”.

 

Azad Rəfi