• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 28.03.2017 12:13

Avropa çempionatının heyəti bəlli oldu

Aprelin 2-də Xorvatiyanın Split şəhərində start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 42 ölkədən 324 atletin qatılacağı yarışda Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Qitə çempionatında ölkəmizin şərəfini Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq) qoruyacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.

 

 

Orxan Cəfərzadə